Modern.az

Prezident Ofisi: Rusiya ordusunun yarısı məhv edilib

Prezident Ofisi: Rusiya ordusunun yarısı məhv edilib

World

26 İyul 2022, 08:32

“Rusiya Federasiyasının tammiqyaslı hücumundan bəri Ukrayna Silahlı Qüvvələri düşmənin beş ümumqoşun ordusunu məhv edib”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

 

Onun sözlərinə görə, ukraynalı hərbçilər düşmənin 1730 tankını, 3950 zirehli maşını məhv ediblər. Bu isə müvafiq olaraq 54 və 124 batalyon komplektinə bərabərdir.

 

“Belə çıxır ki, biz Ukraynada 35 motoatıcı və 10 tank alayını məhv etmişik. Bu 10 motoatıcı diviziya və ya beş ümumqoşun ordusuna daxildir. Rusiya Federasiyasında mövcud olan 10 ümumqoşun ordusundan beşini burada dəfn etmişik”, - deyə Arestoviç qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı