Modern.az

WUF13-də 80-dən çox ölkəni nazirlər təmsil etdi

WUF13-də 80-dən çox ölkəni nazirlər təmsil etdi

Dünya

Bu gün, 13:30

WUF13-də 80-dən çox ölkə nazirlər səviyyəsində təmsil olunub.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə milli koordinatoru Anar Quliyev bildirib.

O vurğulayıb ki, forum çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən Nazirlər Görüşü Yeni Şəhər Gündəliyinin icrasına həsr olunub. 

“İştirak edən 111 ölkədən 84-ü nazirlər və nazir müavinləri səviyyəsində təmsil olunub, digər nümayəndə heyətləri isə səfir və yüksək vəzifəli rəsmilər səviyyəsində iştirak edib.

A.Quliyev onu da əlavə edib ki, WUF13 çərçivəsində Bakı Şəhərsalma Mükafatı təsis olunub.

“Mükafat Azərbaycan və BMT-Habitat tərəfindən birgə təşkil olunacaq".

Anar Quliyevin sözlərinə görə, bu mükafat Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təqdim ediləcək yeganə beynəlxalq mükafat olacaq və dayanıqlı şəhər inkişafı, innovasiya və beynəlxalq əməkdaşlığın təşviqinə xidmət edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı