Modern.az

Kılıçdaroğlu Davutoğlunu təbrik etdi

Kılıçdaroğlu Davutoğlunu təbrik etdi

Dünya

2 Noyabr 2015, 17:52



Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu baş nazir Əhməd Davutoğlu ilə telefonla əlaqə saxlayaraq noyabrın 1-dəki seçkinin nəticələri üçün təbrik edib. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, baş nazirlikdən mövzuya bağlı edilən yazılı açıqlamada deyilir:

“CHP lideri hörmətli Kamal Kılıçdaroğlu hörmətli baş nazirimizi axtararaq 1 noyabr seçkilərindəki müvəffəqiyyət səbəbi ilə təbrik edib”.

Hakim Ədalət və İnkişaf Partiyası 49 faizdən çox səs toplayaraq təkbaşına hökumət qurmaq imkanı əldə edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı