Modern.az

Azərbaycanda 14 mindən çox əcnəbi yaşayır

Azərbaycanda 14 mindən çox əcnəbi yaşayır

Təhsil

17 Aprel 2013, 13:50

Bu ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,1% artıb.

Fonddan Modern.az-a verilən məlumata görə, aprelin 1-nə olan statistikaya əsasən, bu artımdan sonra fərdi uçot sistemindəki əcnəbilərin sayı 14 864 nəfər təşkil edir. 

2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

Ümumilikdə 97 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (8640 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1659 nəfərə, üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 756 nəfərə çatıb.

Sonrakı yerlərdə İran (487), Hindistan (352), Çin (338), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (218), Özbəkistan (174), Pakistan (139), Almaniya (132), Bosniya və Herseqovina (128), Ukrayna (125), Filippin (117), İtaliya (105),  Türkmənistan (101), Qazaxıstan (97), Malayziya (90), ABŞ (87) və s. ölkələr gəlir.

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı