Modern.az

İlham Əliyev Əhməd Davudoğlunu qəbul edib

İlham Əliyev Əhməd Davudoğlunu qəbul edib

Образование

17 İyul 2013, 13:20


 “Bizim Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşümüz oldu” Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün keçirilən mətbuat konfransında jurnalistlərə deyib. Onun sözlərinə görə mətbuat konfransından sonra Milli Məclis sədri Oqtay Əsədov və baş nazir Artur Rasizadə ilə də görüşü nəzərdə tutulub.

Nazir həmçinin Azərbaycan- Türkiyə arasındakı dostluq münasibətlərinə toxunaraq bildirib ki, hər iki ölkə regionda təhlükəsizlik və sülhü bərqərar etmək istəyir.

“Bütün bunlar Dağlıq Qarabağ münaqişəsi həll olunmadan baş tuta bilməz. Azərbaycanın Qarabağla bağlı mövqeyini Türkiyə dəstəkləyir”. Türkiyə rəsmisi daha sonra əlavə edib ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən qürur duyur.

Aqşin Kərimov 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı