Modern.az

Orxan Kərimov: “Əlimdə faktlar ola-ola günahsızlığımı sübut edə bilmirəm”

Orxan Kərimov: “Əlimdə faktlar ola-ola günahsızlığımı sübut edə bilmirəm”

Təhsil

8 Aprel 2014, 09:46

Təhsil Nazirliyinin sabiq əməkdaşı Orxan Kərimov Ali Məhkəməyə müraciət etməyə hazırlaşır. Əvvəlki iki instansiyada iddiasının təmin olunmamasına rəğmən, Təhsil Nazirliyinin keçmiş əməkdaşı hüquqlarını sonadək müdafiə edəcəyini bildirir. Bu barədə “Yeni Müsavat”a açıqlama verən Orxan Kərimovun sözlərinə görə, Ali Məhkəmənin onun işi ilə bağlı ədalətli, normal qərar verəcəyinə ümidlidir:

  “İstəyirəm ki, bu məsələ sivil qaydada, məhkəmə yolu ilə həll olunsun. Ölkə məhkəmələri iddiamı təmin etməsələr, Avropa Məhkəməsinə müraciət edəcəm. Avropa Məhkəməsi mənim xeyrimə qərar verəcək. Ancaq niyə bu addımı ölkə məhkəmələri etmir? Niyə əlimdə kifayət qədər faktlar ola-ola günahsız olduğumu sübut edə bilmirəm?”  

 Xeyli müddət əvvəl dövlət başçısı İlham Əliyevə müraciət etdiyini xatırladan O.Kərimov bildirir ki, müraciətin ona çatdığını düşünmür: “Görünür, dövlət başçısına çatmayıb bu məsələlər, çatsa, bir xeyri olardı mənə. Çünki həbsdə olduğum zaman dövlət başçısı məsələyə qarışandan sonra problemim yoluna qoyuldu. İndi isə ona çatdırmırlar bu barədə, buna maraqlı qüvvələrin olduğu dəqiqdir”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı