Modern.az

Bakıda Lenini TANIMADILAR: “Yazıçıdı, futbolçudu” - SORĞU

Bakıda Lenini TANIMADILAR: “Yazıçıdı, futbolçudu” - SORĞU

Təhsil

22 Aprel 2014, 16:22

Bu gün 22 aprel tarixi Sovet İttifaqının banisi Vladimir İliç Leninin ad günüdür. Tarixə 70 il mövcud olmuş SSRİ-nin yaradıcısı kimi düşən bolşevik liderinin fotosu  sovet cəmiyyətinin “ikonası” idi. Modern.az saytı SSRİ-nin dağılmasından 23 il sonra “Lenin kimdir” sualı ilə Bakıdakı gənclər arasında sorğu keçirib.
Dünya tarixinə ilk kommunist dövlətinin yaradıcısı, bir zamanların “Lenin babası” kimi düşmüş o şəxs unudulub, yoxsa hələ də tanınır?

Bilgeyis Quliyeva (tələbə): “Lenin? Tanıyıram, nəsə belə bir ad eşitmişəm. Tarixdən. Başçı olaraq yadımda qalıb”.

Lalə (tələbə): “Əlbəttə bilirəm. Lenini tanıyıram. SSRİ-nin prezidenti olub”.

Aytən (ev xanımı): “Bilmirəm.. Lenin kimdir?”.

Elçin Qədiməliyev (usta): “Tanıyıram. Rusiyanı yaradandır”.

Ələddin Salmanov (tələbə): “Bəli eşitmişəm. Rusiya dövlətinin keçmiş prezidentidir”.

Turan Məmmədli (tələbə): “Lenin?? Tanımıram”.

Rəşad (tarixçi): “Tanıyıram. Kommunist Partiyasının rəhbəri və yaradıcısı olub”.

Qönçə İsmayılova (tələbə) : “Bəli, tanıyıram. Lenin keçmiş SSRİ-nin rəhbəridir”.

Hilal Eyvazov (tələbə): “Tanımıram...”.

Rəşad (tərcüməçi): “Tanıyırıq da. Sovet dövlətinin yaradıcısı olub. Allah ona lənət eləsin. Onun qoymuş olduğu bəzi şeylərə, məsələn iməciliyə qarşıyam. Bəzi müəssisələrdə hələ də bu mövcuddur. Halbuki iməcilik könüllü olmalıdır. Kim istəyir gəlsin, kim istəyir gəlməsin”.

Tahir Abbasov (hərbçi): “Tanımıram”.

Nərgiz Əfəndiyeva: “Tanıyıram. Dahi rus yazıçısıdır”.

Tenison (Nigeriyalı tələbə): “Tanımıram”

Ülviyyə Fətullayeva: “Tanıyıram... Dahidir”

Telman Məmmədov (orta məktəb şagirdi): “Futbolçudur deyəsən...”.

Nəticələr keçmiş sovet nəsli üçün şok yarada bilər. Amma fakt ortadadır. Lenin tarixin adsız ünvanına köçüb. Onu artıq xatırlamırlar... 

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı