Ötən il Türkiyə Suriyaya silahlı qruplaşmaların formalaşdırılması və silahla təchiz edilməsi üçün 53 min dollar civarında silah verib. Modern.az türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Statistika Mərkəzi yayıb. Cari ilin üç ayı ərzində isə bu rəqəm 115 min dolları keçib. Silahlar terroristlərin nəzarətində olan keçid məntəqələri vasitəsi ilə Suriya ərazisinə keçirilib.
Qeyd edək ki, cari ilin əvvəlində Adanada bir TIR və iki avtobusda Suriyaya göndərildiyi iddia olunan silah və sursat ələ keçirilib. Hatayda isə bir TIR saxlanılaraq axtarış aparılsa da, yük maşınının kəşfiyyat xidmətinə məxsus olduğu əsas göstərilərək axtarışa mane olunmuşdu.
Günəş Fərhadlı