Modern.az

Slavyan Universitetində tələbələrin Jirinovskiyə yaxınlaşmasına imkan verilmədi – FOTOLAR

Slavyan Universitetində tələbələrin Jirinovskiyə yaxınlaşmasına imkan verilmədi – FOTOLAR

Təhsil

26 Sentyabr 2014, 17:58


Azərbaycanda səfər olan Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı, qalmaqallı siyasi imicə malik  Vladimir Jirinovski Bakı Slavyan Universitetində qonaq olub.

Modern.az məlumat verir ki, onun BSU-nun rektoru Asif Hacıyev və müəllim,  tələbələrlə görüşü keçirilib. Jiriniovskini bu görüşdə də  Milli Məclisin deputatı Səməd Seyidov müşayiət edib. 

Rusiyalı deputat qonaqlar üçün nəzərdə tutulan kürsüdə deyil, tələbələrin yanında oturmağı üstün tutub. O, görüşdə tələbələrlə rus ədəbiyyatı ilə bağlı müzakirələr aparıb.

Rus əsərlərindən tələbələrə suallar verən Jirinovski onların cavablarından məmnun qaldığını ifadə edib.

Siyasətçinin təhlükəsizliyini təmin etmək üçün universitetə  çoxlu  sayda mühafizə xidməti cəlb olunub. Görüşdən sonra da heç kimin ona yaxınlaşmasına icazə verilməyib.

 

Məltəm Talıbzadə    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı