Modern.az

Milli Şura mitinq keçirdi, aksiyada İŞİD-in bayrağı qaldırıldı, narazılıq yarandı - FOTOLAR

Milli Şura mitinq keçirdi, aksiyada İŞİD-in bayrağı qaldırıldı, narazılıq yarandı - FOTOLAR

Təhsil

12 Oktyabr 2014, 19:13

Oktyabrın 12-də Bakıdakı “İnşaatçılar” metrostansiyasının yaxınlığında yeləşən «Məhsul» stadionunda bəzi müxalif qüvvələrin cəmləşdiyi Milli Şura icazəli mitinq keçirib. Modern.az-ın məlumatına görə, mitinqə toplaşanlar hakimiyyətdən repressiyaların dayandırılmasını, siyasi məhbusların azad olunmasını tələb ediblər.

Saat 15-dən 17-dək davam edən aksiyaya AXCP sədrinin müavini Əbülfəz Qurbanlı aparıcılıq edib.
Aksiyada Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Əli Kərimli, Eldəniz Quliyev, Gültəkin Hacıbəyli, Rövşən Əhmədli, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, “Azadliq” qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzinin atası Məşğul Həziyev çıxış ediblər.
Mlli Şuranın sədri Cəmil Həsənli isə deyib ki, “hədəfimiz birdir: siyasi məhbuslar, vicdan məhbusları dərhal və qeyd-şərtsiz azad olunmalıdır”.

Mitinqin qətnaməsini məhbus hüquq müdafiəçisi İntiqam Əliyevin oğlu Nəcmin Əliyev oxuyub. Qətnamədə siyasi məhbusları azadlığa buraxmaq, repressiyaları, azad mətbuata, demokratik təsisatlara basqıları dayandırmaq, seçki islahatları aparmaq, Avropa İttifaqı ilə inteqrasiyanı dərinləşdirmək tələb olunur.

Mitinqdə bir nəfər İraq və Suriyadakı terror təşkilatının - "İraq Şam İslam Dövləti"nin bayrağını qaldırması meydandakıların narazılığına səbəb olub. Mitinq iştirakçıları həmin şəxsi oradan uzaqlaşdırıb, polisə təhvil veriblər. Mitinqin təşkilatçıları bu hadisəni hakimiyyətin təxribatı adlandırıb, həmin şəxsin aksiya ilə heç bir əlaqəsi olmadığını deyiblər.

Başı Şəhər Baş Polis İdarəsindən Modern.az-a verilən məlumata görə, oktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqinqində həmin quruma daxil olan AXCP, İslam, Milli Demokrat, həmçinin Müsavat, Xalq partiyalarının, "El" hərəkatının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 900 (doqquz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.









Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı