Modern.az

AMİP-dən şeyxin qudasına ETİRAZ

AMİP-dən şeyxin qudasına ETİRAZ

Təhsil

3 Noyabr 2014, 11:59


“Mənim rəhbərliyimlə rayonlarda bələdiyyə seçkiləri ilə bağlı zona müşavirələri keçirilib. Bu müşavirələr davam edir”. Bunu Modern.az saytına AMİP sədri Yusif Bağırzadə deyib.

O, rəhbəri olduğu partiyanın bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkisinə hazırlığını şərh edərkən bildirib ki, nailiyyət qazanacaqlarına əmindir.  

Yusif Bağırzadənin sözlərinə görə, bələdiyyə seçkisi ilə bağlı kifayət qədər passivlik olsa da, AMİP aktivdir. O, partiya daxilində bu prosesə ciddi yanaşıldığını vurğulayıb.

Partiya sədri parlamentin sonuncu iclasında bəzi deputatların bələdiyyə seçkisi ilə bağlı səsləndirdiyi fikirlərə də etiraz edib: “Deputatlardan biri dedi ki, seçkinin nəticələri guya indidən məlumdur. Biz bu cür çıxışlara baxmayaraq, bələdiyyə seçkisində kifayət qədər aktiv iştirak etmək niyyətindəyik”.

Milli Məclisin  oktyabr ayının 28-də keçirilən iclasında deputat Hacı Qalıb Salahzadə bələdiyyə seçkisi ilə bağlı qalmaqala səbəb olacaq fikir söyləyib. Onun fikrincə, bələdiyyə seçkisinin nəticələri əvvəlcədən məlumdur.  

Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı