Türkiyədə hərbi çevrilişə cəhddən sonra işdən çıxarılanların sayı durmadan artır.
Modern.az saytı Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu dəfə Baş Nazirlik aparatının Ankaranın Villi Brandt küçəsində yerləşin əlavə ofisinin 257 əməkdaşı işdən çıxarılıb.
Onların şəxsiyyət vəsiqələri də götürülüb. Polisin ofisdə araşdırma apardığı bildirilir.
Modern.az