Modern.az xəbər verir ki, Con Bolton Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirib.
Trampın müşaviri Tvitter səhifəsində Bakıdakı mətbuat konfransından foto paylaşıb. O, fotonun altına “Azərbaycana səfər etdim. Prezident İlham Əliyevə isti qarşılanmaya görə təşəkkür edirəm. Regional və enerji təhlükəsizliyi məsələlərinə dair pozitiv müzakirələr apardıq” - deyə yazıb.