Modern.az

Yaxşı saç kəsməyən bərbər güllələndi

Yaxşı saç kəsməyən bərbər güllələndi

Aktual

23 Dekabr 2019, 22:53
Bərbərxanada güllələnmə hadisəsi baş verib.
 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, orta yaşlı bərbər kişi salonuna gələn əli silahlı şəxs tərəfindən güllələnib. Cinayətkar daha sonra hadisə yerindən qaçıb.

Hadisə ABŞ-ın Texas ştatında, Hyuston şəhərində baş verib. Hadisə şahidlərinin dediyinə görə 13 yaşlı uşağın saç düzümü üstündə cinayətkarla bərbər arasında mübahisə yaranıb. O, belində gizlətdiyi silahı çıxararaq bərbərə 3 dəfə atəş açıb, sonra da məkandan qaçıb.

Hadisəni törədən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib. Hyuston polisi hazırda hər yerdə cinayətkarı axtarır.

Qeyd edək ki, 3 güllə yarası alan bərbərin vəziyyəti ağırdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı