Modern.az

İstanbul Shopping Festival başlayır

İstanbul Shopping Festival başlayır

Aktual

15 May 2012, 12:22

İyun ayının 9-dan  29-na kimi İstanbulda İkinci “Shoppinq festival” keçiriləcək


Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi tərəfindən Qafqaz Point Oteldə İstanbul Shopping Festivalla (İSF) bağlı mətbuat konfransı keçirildi.

Tədbirdə çıxış edən Türkiyə səfirliyinin mədəniyyət müşaviri  Seyid Ahmet Arslan festival barədə geniş məlumat verdi. Bildirdi ki, son illər turizim baxımından alış-veriş festivalları daha da populyarlaşıb. İstanbul Shopping Festivalda 2011-ci ildə 10 milyondan çox turist iştirak edib: “Bu il bu rəqəmin artmasını planlaşdırırıq. 2011-ci ildə festivalda Azərbaycandan 578 min turist gedib. Aparılan müşahidələr də göstərir ki, alış-veriş sahəsində birinci yeri İran tutursa, ikinci yer Azərbaycanın payına düşür”. 

Daha sonra İstanbul Shopping Festivalın genel müdiri Füsun Sönməz məlumat verdi. O bildirdi ki, festival proqramı genişdir. İstambulun ən məşhur küçələrindəki alış-veriş mərkəzləri turistlər üçün gecə saat 2-yə kimi işləyəcəklər. O, festival müddətində ciddi endirimlər olacağını da vurğuladı. Tədbirdə Türkiyə ilə bağlı kiçik reklam çarxı da nümayiş etdirildi.

Daha sonra müğənni Aygün Kazımova festival haqqında fikirlər səsləndirdi. O bildirdi ki, harada alış-veriş, müsiqi  varsa, o da ordadır. Festivalla bağlı xatirə hədiyyələri təqdim olundu.

Qeyd edək ki, festival boyunca küçə şənlikləri, konsertlər, çıxışlar, musiqilər, moda nümayişi, yarışlar, xaricdən gəlmiş xüsusi qruplarım şouları və geyim nümayişləri nəzərdə tutulub. Mallara 50 faizə çatan endirimlər, kampaniyalar və lotereyalarla birlikdə hər həftə sonu İstanbulun Anadolu və Avropa hissəsində alış-veriş mərkəzlərində alış-veriş gecələri təşkil olunacaq. Müxtəlif ölkələrdən müxtəlif əyləncə qruplarının festivala xüsusi rəng qatacaq. Sultan Ahmed Camesi və Aya Sofiya məscidi başda olmaqla tarixi mərkəzlərə də səyahətlər  nəzərdə tutulur. Açılış mərasimində müğənni Hadisə 2 saatlıq konsert proqramı ilə çıxış edəcək.

Ümumiyyətlə belə festival 2-ci dəfədir keçirilir. İlk festival ötən il yayda keçirilib. Həmin il 40 gün davam edən festivalın bu il 21 gün davam edəcəyi bildirilir. Festival çərçivəsində müxtəlif tədbirlər keçiriləcək.

Əfsanə Qıpcaq         

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı