Modern.az

Əli İnsanovun ölüm xəbəri yalan çıxdı

Əli İnsanovun ölüm xəbəri yalan çıxdı

Aktual

19 Sentyabr 2012, 12:54

Sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun dünyasını dəyişməsi barədə xəbər yayılıb. Eks-nazirin vəkili Toğrul Babayev Modern.az-a açıqlamasında Əli İnsanovla bağlı bu xəbərin yalan olduğunu bildirib. Vəkilin sözlərinə görə, Əli İnsanov hazırda 13 saylı cəzaçəkmə müəssisəsindədir.

“Mən də bunu  mətbuatda oxudum. Yalan xəbərdir. Əli İnsanov hazırda həbsxanadadır. Mənim bu gün saat 16:00-da Əli İnsanovla görüşəcəm. Hələlik səhhətinin nə yerdə olduğunu deyə bilmərəm. Amma Əli İnsanov sağdır, deyilənlər yalnız şayiədən ibarətdir”, - deyə vəkil vurğualyıb.
“veteninfo.az” saytı bu gün Əli İnsanovun ölməsi ilə bağlı xəbər yayıb.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.
2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanov 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Anar RÜSTƏMOV  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı