Türkiyə baş naziri Ərdoğanın Azərbaycana səfəri günlərində, Qəbələdə AzTV və TRT telekanalları arasında əməkdaşlığa dair müqavilə bağlanılıb. Bu barədə Modern.az-a AzTV telekanalının mətbuat xidmətinin rəhbəri Xatirə Qasım bildirib: “Bağlanmış müqavilədə müştərək filmlərin, proqramların, verilişlərin çəkilməsi, əməkdaşların təcrübə mübadiləsi, hər iki ölkədə keçirilən telefestivallarda iştirak, qarşılıqlı texniki yardımın göstərilməsi və s. kimi məsələlər nəzərdə tutulub”.
Müqavilənin neçə illik olmasına gəlincə, X.Qasım deyib ki, müqavilə hökumət tərəfindən təsdiqlənəndən sonra daha dəqiq məlumat vermək olar.