Modern.az

Roma minlərlə ukraynalıya qucaq açdı

Roma minlərlə ukraynalıya qucaq açdı

Güncel

13 Mart 2022, 16:11

Müharibə səbəbindən Ukraynanı tərk edən 35 minə yaxın insan İtaliyaya üz tutub.

 

Modern.az xəbər verir ki, indiyədək İtaliyaya 34 min 851 Ukrayna vətəndaşı sığınıb. Onlardan 17 685-i qadın, 3040-ı kişi və 14 min 126-sı azyaşlıdır.

 

Ukrayna vətəndaşları İtaliyada əsasən qaçqın şəhərciklərinə və təbii fəlakətlər zamanı insanların sığınması üçün nəzərdə tutulan evlərə yerləşdirilir.

 

Bundan əlavə, ukraynalı azyaşlılar İtaliya məktəblərinə qəbul olunur, kişi və qadınların müvafiq işlə təminatı üçün lazımi tədbirlər görülür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı