Modern.az

Qod Nisanov daha bir vəzifəsindən ayrıldı

Qod Nisanov daha bir vəzifəsindən ayrıldı

Актуально

8 İyun 2022, 16:57

Azərbaycan əsilli rusiyalı iş adamı Qod Nisanov “Olimpiyski” idman kompleksinin direktorlar şurasını tərk edib.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətlər qrupunun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, 2022-ci il iyunun 3-də Qod Nisanov “Olimpiyski İdman Kompleksi” ASC-nin direktorlar şurasının sədri vəzifəsindən istefa vermək, layihənin bütün idarəetmə orqanlarından çıxmaq qərarına gəlib.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ azərbaycanlı iş adamına qarşı sanksiya tətbiq edib. Nisanov bu səbəbdən Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti vəzifəsindən uzaqlaşdırılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı