Respublikanın avtomobil yollarında qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, ötən gün 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.