Modern.az

Keçmiş köçkünlərin hamısı öz torpaqlarına qayıdacaq - PREZİDENT

Keçmiş köçkünlərin hamısı öz torpaqlarına qayıdacaq - PREZİDENT

Aktual

19 Oktyabr 2022, 23:49

"Əlbəttə, mən deyirdim ki, biz mütləq qayıdacağıq. Deyirdim ki, öz torpaqlarımıza qayıdacağıq və qayıtdıq".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilanda Ağalı kəndinin sakinləri ilə görüşündə deyib.

 

"İndi burada yaşayırıq. Sizin də qayıdışınız bunu göstərir ki, keçmiş köçkünlərin hamısı öz doğma torpaqlarına qayıdacaq. Çünki bəziləri hesab edirdilər ki, indi 30 il keçib, heç kim qayıtmaz. Amma baxın, görün, siz də qayıtmısınız", - Prezident İlham Əliyev qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı