Modern.az

İranda 124 yeni yoluxma - 6 nəfər öldü

İranda 124 yeni yoluxma - 6 nəfər öldü

Güncel

29 Oktyabr 2022, 14:30

İranda ötən sutka ərzində 124 nəfər koronavirusa (COVID-19) yoluxub, 6 nəfər ölüb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bildirib.

 

Bununla da İranda virusdan ölənlərin sayı 144 571 nəfər, yoluxanların sayı isə 7,55 milyondan çoxdur. Virus daşıyıcılarından 137 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Ölkədə indiyədək 7,33 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 54,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda təxminən 155 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 65,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 31,3 milyon təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı