Modern.az

Köçəryan müxalifətin mitinqinə qoşulacaq

Köçəryan müxalifətin mitinqinə qoşulacaq

Aktual

31 Avqust 2023, 16:52

Ermənistanın eks-prezidenti Robert Köçəryan müxalifətin sentyabrın 2-də İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqində iştirak edəcək.

Modern.az xəbər verir ki, bunu yerli jurnalistlərə müsahibəsində Köçəryanın ofisinin koordinatoru Baqrat Mikoyan deyib.

Bundan əvvəl mitinqin təşəbbüskarı olan “Daşnaksütyun” partiyasının üzvü, parlamentin “Hayastan” blokunun deputatı İşxan Saqatelyan Ermənistan və Qarabağ separatçılarının taleyindən narahat olan bütün vətəndaşları aksiyada iştirak etməyə çağırıb.

2 sentyabrda Xankəndidə də mitinq keçirləməsi qərara alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı