
Azərbaycanda daha bir ana ölümü qeydə alınıb. Modern.az saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə iyunun 7-də Bakının Binəqədi rayonu ərazisində baş verib. Abşeron rayon sakini Günay Əliyeva Binəqədi rayonu ərazisindəki Məlikov adına Şəhər Klinik Xəstəxanasında doğuş zamanı dünyasını dəyişib.
Modern.az