Modern.az

Yatsenyuk Argentinaya qaçdı

Yatsenyuk Argentinaya qaçdı

جهان

27 Aprel 2016, 15:37

 

Ukraynanın keçmiş baş naziri Arseni Yatsenyuk Argentinaya qaçıb.  

Modern.az Ukraynanın “Vesti” agentliyinə istinadən xəbər verir ki, aprelin 14-də baş nazir postundan istefaya göndərilən siyasətçi həmin vaxtdan bəri heç yerdə gözə dəyməyib.  

Onun nə Kiyevdəki mənzilində, nə də ki, Novıe Petrovtsı kəndindəki ata evində olmadığı aydın olub.  

Qəzetin Ukrayna elitasındakı mənbəsi isə Arseni Yatsenyukun Argentinaya qaçdığını bildirib.

“Arseni Yatsenyuk Argentinaya gedib. Bu iş səfəridir, istirahətdir yaxud qaçış - bilmirəm. Nə vaxt qayıdacağı da məlum deyil”. 

Siyasətçinin mətbuat xidməti də Yatsenyukun harada olması ilə bağlı məlumat verməkdən imtina edib.  

Vüqar İsmayılov   

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı