Modern.az

İstanbulda terror aktı: 11 ölü, 36 yaralı

İstanbulda terror aktı: 11 ölü, 36 yaralı

Dünya

7 İyun 2016, 11:59

Türkiyədə növbəti dəfə terror aktı törədilib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, şəhərin avtobus dayanacaqlarından birinin yaxınlığında baş verən partlayış zamanı 11 nəfər ölüb, 36 nəfər isə xəsarət alıb. Ölənlərdən 7-i polis, 4-ü isə mülki vətəndaşdır. 

 

Partlayışın yoldan polis avtomobili keçən zaman baş verdiyi bildirilir.

 

İstanbulun tarixi hissəsində baş verən partlayışın arxasında PKK terrorçularının dayandığı ehtimal olunur.

 

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı