Modern.az

Səudiyyə Ərəbistanında şahzadə edam olundu

Səudiyyə Ərəbistanında şahzadə edam olundu

جهان

19 Oktyabr 2016, 10:48

Səudiyyə Ərəbistanı hakimiyyəti kral ailəsinin üzvü şahzadə Turki ben Saud Əl Kebira barəsində çıxarılan ölüm hökmünü icra edib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, 3 il əvvəl Ər-Riyadda dostunu öldürməkdə təqsirkar bilinib.

 

İstintaq müəyyən edib ki, şahzadə Ər-Riyaddakı çadır düşərgəsindəki davada dostu Adilyaal-Mhemidi güllələyərək öldürüb, bir nəfəri isə yaralayıb.

 

Şahzadənin törətdiyi bu cinayət krallıqda böyük rezonansa səbəb olub. 

 

Kral ailəsinin nümayəndəsinin edamı bu ərəb monarxiyası tarixində ilk faktdır.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı