Modern.az

Xomeyni məqbərəsində özünü partladan kamikadze qadın olub

Xomeyni məqbərəsində özünü partladan kamikadze qadın olub

Dünya

7 İyun 2017, 11:44

Tehran yaxınlığındakı Xomeyni məqbərəsində özünü partladan kamikadzenin qadın olduğu bildirilir.

 

Modern.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. Məlumatda qadının özünü partlatmasından sonra onunla gəlmiş 2 silahlı şəxs ərazidə polislə atışmaya başlayıb. Bu zaman onlardan 1-nin öldürüldüyü, digərinin isə yaxalandığı xəbər verilir.

 

İran parlamentinə hücum edən şəxslərdən birinin binanı tərk edərək qaçdığı və küçə boyu atəş açdığı da gələn xəbərlər arasındadır.

 

Vüqar İSMAYILOV

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı