Modern.az

Rusiyalı jurnalistlər Gürcüstana buraxılmadı  

Rusiyalı jurnalistlər Gürcüstana buraxılmadı   

جهان

4 Sentyabr 2018, 18:29

“KİV-in regionda etimadın möhkəmləndirilməsində rolu” Cənubi Qafqaz beynəlxalq mediaforumunda iştirak etmək üçün Gürcüstana gəlmək istəyən üç rusiyalı jurnalist bu ölkəyə buraxılmayıb. 

Modern.az “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, həmin şəxslər NTV telekanalının jurnalisti Aleksandr Tokaryev, TASS agentliyinin hərbi müxbiri Viktor Litovkin və Rusiya cəmiyyətinin tədqiqatçıları beynəlxalq assosiasiyasının prezidenti Qennadiy Bordyuqov olub.

Forum təşkilatçıları bildiriblər ki, Tbilisi aeroportunda sərhədçilər rusiyalılara onların Gürcüstana girişinin qadağan edildiyini deyib. 

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, rusiyalılar “işğal olunmuş ərazilər haqqında” qanunu pozduğu üçün ölkəyə buraxılmayıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı