Modern.az

Ermənistan Türkiyə aviaşirkətinə uçuş icazəsi verdi

Ermənistan Türkiyə aviaşirkətinə uçuş icazəsi verdi

Dünya

10 Yanvar 2022, 22:25

Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuş həyata keçirməyə icazə verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

 

Qeyd edək ki, Komitə bundan əvvəl Ermənistanın “Flyone” şirkətinə də uçuş icazəsi vermişdi.

 

Xatırladaq ki, Ermənistan və Türkiyə münasibətlərin normallaşması çərçivəsində qarşılıqlı reyslərin təşkil olunması barədə razılığa gəlib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı