Modern.az

Mariupolda dram teatrına zərbə zamanı 600 nəfər ölüb

Mariupolda dram teatrına zərbə zamanı 600 nəfər ölüb

Мир

4 May 2022, 22:02

Rusiya qoşunlarının Donetsk vilayətinin Mariupol şəhərində yerləşən Dram Teatrına endirdiyi hava zərbələri nəticəsində 600 nəfər həlak olub.

 

Modern.az xəbər verir, "Associated Press" agentliyi bununla bağlı araşdırma apararaq, ölənlərin sayını müəyyən edib.

 

Hadisə şahidləri binanın daxilindəki otaqların və dəhlizlərin sıx olduğunu, hər üç kvadratmetr boş yerə təxminən bir nəfərin düşdüyünü bildiriblər.

 

Xatırladaq ki, bu ilin mart ayında Rusiya ordusu Mariupol şəhərində dinc sakinlərin sığındığı teatr binasını bombalayıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı