Modern.az

İlin son günündə - bayramda yağış yağacaq

İlin son günündə - bayramda yağış yağacaq

Ülke

30 Dekabr 2010, 13:14

Depabrın 31-də havanın temperaturu aşağı enəcək, bəzi yerlərdə yağış yağacaq. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb. Nazirliyin məmulatında bildirilir ki, dekabrın 31-də Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu  keçəcəyi, ötən günlərə nisbətən temperaturun aşağı enəcəyi, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur. Cənub-qərb, cənub küləyinin əsəcəyi, gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 6-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Rayonlarda isə hava şəraitinin günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq kəskin dəyişiləcəyi, yağıntılı olacağı ehtimal olunur. Şimal küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti təşkil edəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı