Modern.az

Ünvanlı sosial yardımda yeni düstur: “9 ay sənin, 3 ay mənim”

Ünvanlı sosial yardımda yeni düstur: “9 ay sənin, 3 ay mənim”

Ölkə

18 İyun 2012, 16:05

Nazirlik rəsmisi: “Hamıya nəzarət etmək olmur, amma bütün şikayətlərə baxılır”

Ünvanlı sosial yardımın alınmasında müəyyən problemlər yaşanır. Hətta yardımın verilməsində saxtakarlıqla bağlı müəyyən şikayətlər də olunur.

Şikayətlərin bir qismi sosial yardımın “6 ay sənin, 6 ay mənim” prinsipi ilə verilməsi ilə bağlı idi. Yəni sosial müavinəti ilin yarısını bunu rəsmiləşdirən şəxsin, yerdə qalan müddətdə isə şəxsin özünün alması.  Amma bir çox şikayətlərdən sonra bu aradan qaldırıldı. İndi şikayətlərin əksəriyyəti yardım alma müddətindəki nisbətin dəyişməsi ilə bağlıdır: “9 ay sənin, 3 ay mənim”.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Camalxanov Modern.az-a açıqlamasında  şikayətlərin əsassız olduğunu dedi.
“Nazirlikdə keçirilən son kollegiyalara diqqət yetirsəniz, görərsiniz ki, qanuna zidd hərəkətlərə görə, bir çox əməkdaşımız cəzalandırılıb, işdən azad edilib. Təbii ki, bunların hamısı şikayət əsasında mümkün olub”.

Nazirlik rəsmisi rayonlarda prosesə nəzarət etməyin bir az çətin olduğunu dedi. Onun sözlərinə görə, yerli təşkilatlardakı xeyli adam çalışır. “Onların hər biri ayrı-ayrı tərbiyə sahibidir. Bu adamların hamısına nəzarət etmək olmur. Həmin şəxslərin ifşası yalnız şikayətlə etmək mümkündür. Əgər əsaslı bir şikayətdirsə, onda həmin şəxs öz cəzasını vaxtında alır. Amma şikayət təsdiqini tapmırsa, onda şikayətçiyə başa salınır ki, o, hansı səbəblərə görə yardım ala bilmir”, – deyə Elnur Camalxanov vurğulayıb.

Gültəkin Ələsgər    

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı