Modern.az

Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

Təhsil

16 Sentyabr 2013, 17:01
“Dekabank” KB ASC-nin Nəsimi filialının vəzifəli şəxslərinin  qanunsuz  hərəkətləri barədə Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Cəmiyyətin Nəsimi rayon filialının müdiri Nəsrulla Mikayılov, iqtisatçı Pərviz Mikayılov və aparıcı mühasib Şəfəq Salmanovanın qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, bank tərəfindən verilmiş kredit məbləğləri ilə həmin kreditin təminatı kimi müştərilərdən qəbul edilmiş qızıl-zinət əşyalarının öz dəyərindən dəfələrlə artıq göstərməklə ümumilikdə bankın mənafeyinə 65 min 600 manat məbləğində ziyan vurmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifədən səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq davam etdirilir.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı