Modern.az

Ukraynada millətçi lider Oleksandr Muziçko öldürülüb

Ukraynada millətçi lider Oleksandr Muziçko öldürülüb

Eğitim

25 Mart 2014, 21:10
Ukraynada ultra-millətçi lider Oleksandr Muziçko güllələnərək öldürülüb. Rəsmilər bunu xüsusi qüvvələrin əməliyyatı adlandırıb.

"Saşko Bilıy" kimi tanınan cənab Muzıçko polislə atışmadan sonra, qərbi Ukrayna şəhəri Rivnedəki kafedə ölüb, Daxili İşlər Nazirliyi deyib. 

O, sağçı Pravıy Sektor ("Sağ Sektor") qrupunun lideri idi. Bu ilki anti-hökümət etirazlarında qrupun mühüm rolu olub.

Eyni zamanda Ukrayna parlamenti müdafiə naziri İhor Tenyuxun istefa ərizəsini qəbul edib.

Cənab Tenyux Rusiya Krımı ələ keçirərkən "cürətsizliyinə" görə tənqid olunub

 Cənab Muziçkonun güllələnməsindən bir neçə saat əvvəl Rusiya XİN başçısı Sergey Lavrovla ukraynalı həmkarı Andriy Deşçitsya arasında Krım üzrə diplomatik böhrandan sonra ilk danışıqlar aparılıb.

Ukrayna DİN başçısının müavini Vladimir Yevdomikov deyib ki, cənab Muziçko Sokol xüsusi qüvvələr işçilərinə atəş açandan sonra ölüb. Onlar siyasi lideri və onun həmkarlarını həbs etmək üçün kafeyə basqın ediblərmiş. Hakimiyyət cənab Muziçkonu kriminal dəstə başçısı kimi təsvir edib.

Reyd zamanı Muziçko qaçmağa cəhd edərkən polisə atəş açıb, onlardan birini yaralayıb. Bundan sonra polis ona və üç digər "dəstə" üzvünə cavab atəş açıb və onu tutub, cənab Yevdomikov deyib.

"Həbs ediləndə o hələ sağ idi - amma sonra hadisə yerinə çağırılan tibb işçiləri gələndə gördülər ki, o ölüb", cənab Yevdomikov əlavə edib. Həbs olunan üç dəstə üzvü dindirilmə üçün Kiyevə aparılıb.

Bundan əvvəl isə ukraynalı millət vəkili Oles Doniy hadisəni başqa cür təsvir edib. Onun sözlərinə görə, iki maşın cənab Muzıçkonun maşınını dayanmağa məcbur edib və onu sürüyə-sürüyə maşınlardan birinin içinə aparıblar. Daha sonra onun meyiti aşkar olunmuş və ürəyinə iki güllə vurulduğu məlum olmuşdu, cənab Doniy gecə saatlarında Facebook səhifəsində yazıb.

Moskva deyir ki, "Sağ Sektor" kimi sağçı qruplar Ukraynadakı rusdilli icmanı təhlükə altına alır. Prezident Vladimir Putinə əsasən Rusiyanın Krıma müdaxilə etməsinin səbəblərindən biri də budur.

 Amma bəzi şərhçilər deyirlər ki, Rusiya bu cür təhlükələr barədə məlumat yayır və "Sağ Sektor"un Ukrayna siyasətindəki rolu şişirdilir.

Modern.az    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı