Modern.az

Borozzo:“Bizə Azərbaycan qazı lazım olacaq”

Borozzo:“Bizə Azərbaycan qazı lazım olacaq”

Təhsil

8 Aprel 2014, 12:22


Avropa üçün “Cənub Axını” qaz kəməri layihəsi prioritet deyil. Rəsmi Bakı  Rusiyanın təzyiqlərinə davam gətirə bilərsə, bizim üçün Azərbaycan qazı daha vacibdir”. Modern.az “Rosbalt” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyasının sədri Jose Manuel Barozzo deyib. O “Cənub Axını” layihəsinin reallaşması ilə bağlı Bolqarıstanın tutduğu mövqeyə də aydınlıq gətirib.  “Bolqarıstanda çoxlu rus agenti var. Mən Bolqarıstana xəbərdarlıq edirəm ki, qaz kəmərlərinin Rusiyaya birləşdirilməsi məsələsində ehtiyatlı olsunlar və alternativ yollar haqqında fikirləşsinlər. Bolqarıstan və Rumıniyanın Avropa Birliyinə daxil olması tarixi hadisə olardı. Ona görə də Bolqarıstan ehtiyatlı davranmalıdır”-deyə J. M. Borozzo bildirib.

Qeyd edək ki, “Cənub Axını” layihəsi Qara dəniz vasitəsilə Rusiya qazının Avropa bazarlarına daşınmasını nəzərdə tutur. Bolqarıstan, Rumıniya, Rusiyada kəmərin tikintisi gedir. Açıqlamalara görə layihənin tam olaraq  gerçəkləşməsi 2018-ci ildə reallaşacaq.   

 

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı