Modern.az

Qoyun birdəfəyə 5 quzu doğdu - FOTOLAR

Qoyun birdəfəyə 5 quzu doğdu - FOTOLAR

Təhsil

23 Aprel 2014, 14:28

Çanaqqalanın Bayramiç mahalında bir qoyun birdəfəyə 5 quzu balalayıb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, heyvandarlıqla dolanışıqlarını təmin edən Halil və Hakan Aksin qardaşlarının mahal mərkəzinin iki kilometr uzaqlığında yerləşən fermasında qoyunlardan biri 5 bala dünyaya gətirib.
Hakan Aksin nəsilliklə heyvandarlıqla məşğul olduqlarını, əvvəllər iki və ya üç quzu balalayan qoyun gördüklərini, ancaq indiki vəziyyətlə ilk dəfə rastlaşdırlarını deyib. Onun sözlərinə görə, səhər qoyunların olduğu yerə girərkən əvvəlcə üç quzunu görərək sevinib, lakin sonra qoyun ard-arda daha iki bala doğub. Qardaşlar indi quzuların yaşaması üçün digər qoyunların da südlərini onlara əmizdirmək məcburiyyətindədirlər.

 




Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı