İlham Əliyev aprelin 30-da incəsənət xadimlərinə Azərbaycan prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən 130 nəfər mədəniyyət və incəsənət xadimi mükafata layiq görülüb.
Mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Babayev Modern.az-a bildirib ki, prezident hər il təxminən eyni vaxtlarda mədəniyyət və incəsənət xadimlərinə mükafat verilməsi barədə sərəncam imzalayır: “Siyahı hər il dəyişir. Bu il də təbii olaraq siyahıya yeni adlar daxil edilib. Mükafat 500 manat məbləğində 1 il müddətinə verilir. Siyahıya salınan şəxslər bir il müddətində xüsusi xidmətlərinə, yaradıcılıq fəaliyyətindəki uğurlarına və inkişafa görə mükafatlandırlırlar”.
Gülşən Raufqızı