Modern.az

Milli QHT Forumu erməni mahnılarına görə ANS-ə etiraz etdi

Milli QHT Forumu erməni mahnılarına görə ANS-ə etiraz etdi

Education

5 May 2014, 17:28


Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu ANS ÇM radiosunda erməni mahnılarının səsləndirilməsi ilə bağlı etiraz bəyanatı yayıb. Bəyanatda deyilir:

“ANS ÇM radiosunun efirində şənbə günləri (“Qafqaz TOP-20″ mahnı verilişində, örnəyi, 06, 12, 19 və 26 aprel 2014-cü ildə digər xalqların musiqiləri, mahnıları ilə yanaşı) erməni mahnılarının da səsləndirilməsinə ictimaiyyətimizdə haqlı narazılıq müşahidə olunmaqdadır. Bu narazılığı, narahatlığı bölüşən Milli QHT Forumu bütün haqlı etirazlara baxmayaraq, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin  adını daşıyan ANS ÇM rəhbərliyinin belə həssas məsələyə etinasız münasibət bildirməsini qəbuledilməz sayır. “Qafqaz TOP-20″ layihəsi müəlliflərinin əsaslandırmasına görə, veriliş Qafqaz musiqiləri adını daşıdığına görə erməni musiqilərinin də burada yer alması təbiidir... ancaq hazırki şəraitdə - Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlar da daxil olmaqla, 20 % torpaqlarını işğal etməsi faktı fonunda, üstəlik təmas xəttində mütəmadi atəşkəs pozuntularının olduğu, mülki vətəndaşlarımıza, Milli Ordumuzun əsgər və zabitlərinə qarşı təxribatların durmadan həyata keçirilməsi zamanında ANS ÇM-in “izahı”nı normal qarşılamaq mümkün deyil.

   Bəllidir ki, ermənilər bir xalq və dövlət olaraq, xarici ölkələrdə bizim milli mədəniyyət örnəklərimizi, etno-yaradıcılıq özəlliyi daşıyan maddi-mədəni abidələrimizi, o cümlədən musiqilərimizi, musiqi alətlərimizi, bir sözlə, musiqi mədəniyyətimizlə bağlı bir çox hadisəni erməniləşdirməyə, özününküləşdirməyə çalışırlar..! Azərbaycana qarşı elan edilməmiş müharibə aparan düşmən ölkənin belə fəaliyyəti qarşısında məhz erməni işğalı və erməni vandalizminin dünyaya çatdırılmasında özünəməxsus xidmətləri olan Çingiz Mustafayevin adını daşıyan bir radionun bu cür hallara yol verməsi... ən yumşaq ifadə ilə desək, anlaşılmaz və üzücüdür.
Biz sıralarında 635 QHT-ni birləşdirən Milli QHT Forumu olaraq, bu hala öz acı təəssüfümüzü və etirazımızı bildiririk. Biz vətəndaş cəmiyyəti quruculuğunda iştirak edən bir təsisat, bir konfederativ qurum olaraq, əlbəttə, ANS-in müstəqil teleradio şirkəti olaraq, öz fəaliyyətində hüquq çərçivəsində azadlığını anlayır, qəbul edirik... ancaq mövcud gerçəklik, üfüqdə görünməli olan Barış günəşinin qarşısından çəkilməyən qara erməni əli, “məkr buludu” fonunda hər bir azərbaycanlıdan və onun başçılıq etdiyi qurumdan dövlət və milli maraqlarımıza yüksək həssaslıqla yanaşmaq tələb olunur..! Mövcud “status-kvo”da, hərbi-siyasi durumda erməni musiqisinin Azərbaycan efirində səsləndirilməsi məqsədli olub-olmamasından asılı olmayaraq, birbaşa erməni təbliğatına, erməni dəyirmanına su tökməyə xidmət edir...
“...Burada narahat olunası bir iş yoxdur, İrəvanda da Azərbaycan mahnıları səsləndirilir” deyən ANS nümayəndələrinə xatırlatmaq istərdik ki, ermənilərin torpağı işğal edilməyib, biz işğalçı deyilik və Ermənistanda Azərbaycan mahnılarının səsləndirilməsi də onlar üçün problem sayılmır; ermənilər isə işğalçıdır, plagiatdır, XXI yüzilliyin astanasında soyqırım törətmiş bir toplumdur və tarixi proseslərə bir nizam gələnə, ədalət bərpa olunanadək Azərbaycan paytaxtından erməni mahnılarının dalğalandırılması yolverilməzdir..! Milli QHT Forumu inanır ki, ANS rəhbərliyi bu məsələ ilə bağlı ictimaiyyətin münasibətini, nəhayət nəzərə alacaq, öz münasibətsiz münasibətini dəyişəcəkdir”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı