Modern.az

Türkiyədə faciə baş verən kömür mədəninin sahibi danışdı

Türkiyədə faciə baş verən kömür mədəninin sahibi danışdı

Təhsil

15 May 2014, 15:18

Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsində baş verən və bu ana qədər 282 işçinin həyatını itirdiyi kömür mədəninin bağlı olduğu “Soma Holdinq”in İdarə Heyətinin rəhbəri Alp Gürkan faciənin detalları ilə bağlı danışıb.

Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, mədən faciəsinin səbəbinin hələ təsbit edilə bilmədiyini söyləyən Gürkan azyaşlı işçi və digər laqeydliklərlə bağlı iddialara cavab verib.

- Mədən faciəsi ilə əlaqədar laqeydliyiniz olduğunu düşünürsünüzmü?

- İndi nazirlərimizlə birlikdə yığıncaqdayıq. Nazirlər də buradadır. Onun üçün yığıncaq bitmədən hər hansı bir məlumat vermək imkanım yoxdur. Çünki mən də çox şey bilmirəm.

- Bəzi işçilər yalnız yoxlama əsnasında lazımlı tədbirlərin alındığını və yoxlamadan keçdikdən sonra isə hər hansı bir tədbir alınmadığını iddia edir. Buna nə deyirsiniz?

- Hər il ən azı 2 dəfə nəzarətdən keçirik. Müfəttişlər verdikləri nəzarətlərin hamısında iş yerimizin 1-ci sinif iş yeri olduğunu və hər cür şeyin yerində olduğunu rəsmi sənədlə bildirirlər. İş təhlükəsizliyi müfəttişlərinin söylədiyinə inanacaqsınız, yoxsa başqa birinin söylədiklərinə?

- Faciənin nədən qaynaqlandığı təyin olundumu?

- Xeyr, çox bir zaman lazımdır. Yanğın təmizlənəcək. Xeyli zaman aparacaq. Bu an tam səbəb bilinmir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı