Modern.az

Yazıçılar Birliyinin Gəncəbasar sədri: “Yerimiz olanda görüləcək işlərdən ətraflı danışarıq”

Yazıçılar Birliyinin Gəncəbasar sədri: “Yerimiz olanda görüləcək işlərdən ətraflı danışarıq”

Təhsil

26 Sentyabr 2014, 13:43


Azərbaycan Yazıçılar Birliyində baş verən ən son təyinat ədəbi qurumun Gəncəbasar filialı ilə bağlıdır. Bölmənin rəhbəri Məmməd Alim dünyasını dəyişəndən sonra bir müddət rəhbərsiz qalan “ədəbi Gəncə”yə şairə Xəzangül Hüseynova sədr seçilib.

Modern.az-a açıqlama verən filialın yeni sədri “bu təyinata təbii ki, çox sevindim. Böyük məsuliyyətdir. Gəncə ədəbi mühitinin hər zaman böyük nüfuzu olub. Əsas istədiyimiz də Gəncə bölməsini, bu zonanın ədəbiyyatını əvvəlki səviyyəsinə qaytarmaqdır”, – deyib.

“Filialın əvvəlcə ofisi var idi. Gəncədə Xan bağının yaxınlığında yerləşirdi. Hələlik mərkəzi kitabxanada yer veriblər. Hazırda şəhərdə həm də mətbuat üçün ayrıca bir bina tikilir. Orada bizim filiala da xüsusi otaqlar veriləcək. 29 üzvümiz var. Gənc və istedadlı yazarlarımız var. Çalışacağam ki,  onları həvəsləndirək. “Kəpəz” televiziyası ilə razılığa gəlmişik. Hər ayda bir dəfə filialımızın hazırladığı proqram olacaq. Orada çağdaş Gəncəbasar ədəbiyyatının bu günündən, inkişaf və problemindən danışacağıq.

Bakıya, Yazıçılar Birliyinə gəlmək, həm də Qazax filialı ilə sıx əməkdaşlıq etmək barəsində düşünürük. Bundan əlavə Gürcüstana getmək fikrimiz də var”.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı