Modern.az

Varlı ailənin qızının bədəninə cin girdi

Varlı ailənin qızının bədəninə cin girdi

Təhsil

3 Dekabr 2014, 15:33

 

Dekabrın   8-də Nizami Kino Mərkəzində   “Xoxan” milli komediya filminin qala-gecəsi keçiriləcək.  

 Rejissor Samir Kərimoğlunun  komediya  janrında çəkdiyi bu  filmdə baş rolları aktyorlar  Fərda Amin, Elməddin Cəfərov, Nigar İbrahimova, Ələsgər Məmmədoğlu, Şəhriyar Əbilov, Aynur Hüseyn, Nərgiz Zamir və başqaları canlandırıblar.

“Xoxan” filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir.

Bu bəladan qurtarmaq üçün  qadın yaşadıqları villanı satmaq qərarına gəlir. Amma cin bu işin alınmasına mane olur. Villanın  satışıyla  məşğul olan rieltor, cinin qızın bədənindən qovulmasını yüz min manat pul mükafatı qarşılığında  iki məşhur baxıcı-avantürist Rəftar və Qəhrəmana təklif edir. Və sonra nələrin  baş verəcəyini heç kim bilmir...

Tamaşaçını “gülməkdən öldürəcəklərini” vəd edən filmin yaradıcı qrupu sözlərini tutacaqlarına əmindirlər. 

Qala-gecəsində filmin rejissoru Samir Kərimoğlu, baş rolları ifa edən aktyorlar və yaradıcı qrupun digər üzvləri iştirak edəcəklər. Filmdən əvvəl, qonaqlar  tamaşaçılarla görüşmək üçün səhnəyə çıxacaqlar. Mərasimdə yaradıcı qrupla görüş və filmin nümayişi Nizami Kino Mərkəzinin iki zalında baş tutacaq.

Qala –gecəsi  haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (//www.facebook.com/NizamiCinema?rf=hl)

F.Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı