Modern.az

XİN Türkiyədə törədilən terror aktını pislədi

XİN Türkiyədə törədilən terror aktını pislədi

Образование

21 İyul 2015, 09:47



Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə törədilmiş terror aktını pisləyən məlumat yayıb.  Modern.az xəbər verir ki, XİN-in məlumatında bildirilir:

“Biz, Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı