| Təxminən 14-15 yaşım olar. Bu yaş dövründə siz məni belə, tanıya bilərsiniz. Çox romantik, hər bir gözəl xanıma vurulan cavan oğlan. |
| | Atamın qanı qaralıb burda, deyəsən pianonu kökləyən naşı idi. Alma yeyərək, gözləyirəm ki, o işini qurtarsın mən məşqə başlayım. | |
| | Ədəbiyyat və tarixi həmişə sevmişəm. Fizika və riyaziyyat fənnlərində isə problemlər yaşamışam, atam da kömək edir. | | 
| | Gördüyünüz kimi, uşaq vaxtı da çox "simpatiçni" oğlan olmuşam... | |
| | Atamla Moskvada olarkən. Ata-bala nəsə maraqlı söhbət edirik... | |
| | Burada isə məşq edirəm. Musiqi ilə məşğul olduğum kimi, fiziki məşqlə də məşğul oluram. | 
| | Bu foto zarafatla çəklilib. Şəklin adı şənbədir. Çünki əlimizi burnumuza bu cür soxanda, deyirlər ki, şənbədir ki, sən belə şey edirsən. Guya ki, şənbə günü belə şey olar. | |
| | Balaca bacımın oğlu Emin. Dayı-bacıoğlu bir arada... | |
| | Anam telefonla danışmağı çox sevirdi. Zarafatla çəkilən fotolardan biri... | |
| | Atam süfrə arxasında... |  | | Nəyisə dərindən düşünürümsə əllərimi bu cür çarpazlamağı xoşlayıram. |
 | | | Görkəmli bəstəkar Tofiq Quliyevlə konsert zamanı... | |
| | 1968-ci ildə birinci mükafat almağım münasibətilə gözəl xanımlardan biri məni təbrik edir. |  | | Bu bizim ailəmizdir. Atam Şəmsi Bədəlbəyli, sağdan 3-cü anam, əmim Əfrasiyab Bədərbəyli - soldan birinci və xalalarım. | |
| | Qara Qarayevlə dəniz qırağında... Yenə də ortaq marağımız və sevgimiz olan musiqi haqqında müzakirə edirik. | | 
| | 1968-ci il, birinci mükafatımı alıram. İlk mükafatım, ilk uğurum... | |
| Maestro Niyazi ilə konsertdir. Yaman məğrur dayanmışam... | |
| | Maestro Niyazi ilə zarafatlaşırıq... | | | Mən, bəstəkar Paxmutova və Polad Bülbüloğlu. 1980-ci il. |  | | Məşhur rəssam Elbəy Rzaquliyevlə birgə. Bizim hər ikimiz dövlət mükafatı alırıq... |  | | Çox kədərli bir fotodur. Rafiq Hüseynov, mən, Arif Babayev,Famil Mehdi. Ağdamın axrıncı günləri... | |
| | Polad Bülbüloğlu ilə zarafat edirik. Zarafatımızın nə olduğunu sizə deyə bilmərəm. Çünki bu sirdir. Belə şeyləri açmaq olmaz. | |
| | Almaniyada qızım Dilarə və həyat yoldaşım Nailə xanım. Qızımın adını özüm qoymuşam. |  | | Bu Amerikada Nyuport festivalı zamanı çəkilmiş bir şəkildir. Qollarımı bu cür açmaqla yəqin ki, "nə gözəldir bu gün, nə gözəldir aləm" demək istəyirmişəm. |  | Rəhmətlik Heydər Əliyev deyəsən mənə deyir ki, "sən nə yaman kökəlmisən!"... |
| | Burada isə Siyavuş Kərimiyə mən nəsə deyirəm. Yadımda deyil, indi özümə də maraqlıdır ki, görəsən əllə-qolla nə deyirəm? | |
| | Rusiyanın mədəniyyət naziri, Polad Bülbüloğlu və mən. Moskvada Azərbaycan günlərini müzakirə edirik. | |
| | Dahiyanə bir duruşla fikirə getmişəm... | |
| | 60 illik yubileyimin konsertidir. Deyəsən razı qalmışam. Çox məmnunluqla gülümsəyirəm. | |
| | 60 illiyimdə konsert zamanı... | |
| | Rus şairi, dostum Andrey Dementyev Azərbaycana gəlib, mən orada çıxış edirəm. |
|  | | Konsertlərimdən birində... Birdən emosiyalara qapılaram və yalnışlıq olar deyə, diqqətimi yalnız notlara yönəldirəm. Çox gərginəm. | |
| | Dəyərli xatirədir... | |
| | Rostropoviçlə konsertdən... | |
| | Rostropoviçə burada qılınc bağışlayıram. Vuruşmaq döyüşmək, kəsmək mənlik deyil. Amma Rostropoviç vuruşan idi... | |
| | Heydər Əliye Rostropoviçə təqdim olunan qılınca baxır. Deyəsən qılıncın kefiyyətini müzakirə edirik. Kişi yaman baxır… |
 | | | Bu da konsertlərin birindən xatirədir. Görünür beynimdə yenə də hansısa bir musiqini analiz edirəm. | |
| | Dirijor Rauf Abdullayevlə konsert zamanı... | |
| | Yazıçı Çingiz Abdullayev çox yaxın dostumdur. Ən çox bəyəndiyim əsəri “Mavi mələklər”dir. | |
| | Türk dünyasının məşhur yazıçısı Oljas Süleymanovla görüşümüzdən bir xatirə şəkli... | |
| | Polad Bülbüloğlunun yubileyi. Oynayırıq.. Mahnının ritmi belədir “rəm dara ray-ray"... Ay Allah, rəqsin adını xatırlamdım. | |
| | Polad məndən daha aktivdir. Poladla mən 5 yaşımdan dostuq. Zarafat deyil… | |
| | Alim də mənim dostumdur. Onunla tez-tez qastrol səfərlərində bir yerdə oluruq. Görünür ikimizin də kefi kökdür.. | |
| | Dostum Akif İslamzadə ilə müzakirə aparırıq. | |
| | Murad Adıgözəlzadənin atası Zöhrab Adıgözəlzadə. Gözəl pianoçu. Heyif ki, tez rəhmətə getdi... | |
| | Qəbələdə festivalı zamanı. Murad Adıgözəlzadə, balaca qızı və mən. Fürsətdən istifadə edib təbiətin qoynuna çəklimişik. Gərək fotoda dinamika olsun da.. |  | | Vasif Adıgözəlovla qonaqlıqların birindəyik... | |
| Tahir Salahovla haradasa bir görüşdür. Tarixi, məkanı dəqiq xatırlamıram. | | |
| | Bu da sevdiyim şəkillərdəndir. Tamara Sinyavskaya, Müslüm Maqomayev, Xuraman Qasımova, Polad Bülbüloğlu və mən. Bu şəkil Filarmoniyada "Bülbül müsabiqəsi" zamanı çəkilib. | |
| | Polad Bülbüloğlu, mən və Rusiyanın məşhur jurnalisti Mixail Qusman... | |
| | Timuçin Əfəndiyevlə birlikdə Vyanadayıq. | |
| | Dirijor Yaşar İmanov və mən. | |
| | Neft Akademiyasında rektor Siyavuş Qarayevlə görüş. | |
| | Bu şəxs Rusiyanın tanınmış şairi Andrey Dementyevdir. Onun əsgər haqqında bir şeiri var ki, xüsusi ilə sevirəm. Oğlunu itirmiş əsgər anası sənədli filmə baxarkən oğlunu görür. Birdən qışqırır ki, "uzan-uzan, vurarlar səni!". Çox təsirli bir şeirdir. Bu şair Azərbaycanın dostudur. Nizami Gəncəvinin 1990-cı ildə yubileyi olanda heç kim gəlmədi, yalnız o gəldi. Çox etibarlı dostdur. | |
| | Elçin Əfəndiyev və mən. | |
| | Miniatür kitablar muzeyində... | |
| | Burada isə dostum Siyavuş Kərimi ilə birgə... |  | | Qızım Dilarədir. Toy məclisindəyik. O, mənim fəxrimdir. | |
| | Vyanada, Dunay parkı, Uzeyir Hacıbəylinin 125 illik yubileyi. Yanımdaki xanım isə bizim müəlliməmizdir. Gözəl xanımların yanında olmağı həmişə sevirəm... | | Bura Göygöldür. Sözlə ifadə edilməyən anlarım... | |  | | Məşq zamanı... Görünür məşq zamanı gərgin olmadığım vaxtlar da olur, gülməyə də imkan tapıram... | |
| | Yerli telekanallardan birinə müsahibə verirəm... | |
| | Mərdəkanda kimsəsiz uşaqların orkestri. Biz onlara sposurluq edirik... | |
| |
| | 6-cı məktəbdə qızlarla görüş. Qız uşaqlarını çox istəyirəm. Hayıf ki, hələ nəvəm yoxdur. Deyəsən qarşılıqı gülüş paylaşırıq | |
| | Bülbülün büstünün açılış mərasimidir. Cənab Prezident də buradadır. Nitq söyləyirəm... |  | | Prezident "Cazklub"a gəlir. Mən də onu qarşılayıram. | |
| |
| |
| |
| | Modern.az portalı ilə FOTOSÖHBƏT-dən bir neçə məqam. |
|
|
Modern.az |