Modern.az

Yaralanan hərbçimiz də vəfat etdi

Yaralanan hərbçimiz də vəfat etdi

5 Avqust 2022, 15:38

Avqustun 5-i Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd edək ki, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. 

 

Hadisə nəticəsində əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. 


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı