Modern.az

Hərbçinin ölümü ilə bağlı cinayət işi AÇILDI

Hərbçinin ölümü ilə bağlı cinayət işi AÇILDI

5 Avqust 2022, 21:06

Avqustun 5-i Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində  Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin minaya düşməsi barədə məlumat daxil olub.

 

Bu barədə Kəlbəcər hərbi prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.

 

Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Aparılmış ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.

 

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


Hazırda istintaq davam edir.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı