Modern.az

İşgəncə verilən ananın oğlu polisə çağrıldı - RƏSMİ

İşgəncə verilən ananın oğlu polisə çağrıldı - RƏSMİ

Hadisə

23 Sentyabr 2022, 15:07

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 90 yaşlı qadının oğlu və gəlini tərəfindən şiddətə məruz qalması ilə bağlı məlumat yayıb.

 

Qurumdan Modern.az-a bildirilib ki, dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb:

 

"Ünvan müəyyən olunub. Qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub. Məlum olub ki, videoda əksini tapan görüntülər 7 ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır".

 

Rəsmi məlumata görə, faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi