Modern.az

"Mercedes" ət dükanına girdi - Yaralılar var

Hadisə

30 Noyabr 2022, 11:58

"Mercedes" markalı avtomobil ət dükanına girib.

 

Modern.az xəbər verir ki, hadisə Göyçay şəhərində baş verib.

 

Belə ki, sürücü, rayonun Yalman kənd sakini 47 yaşlı Mikayıl Adıgözəlovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ət dükanına girib.

 

Qəza zamanı sürücü və ət dükanının qarşısında dayanan Veysəlli kənd sakini 46 yaşlı Bəxtiyar Quliyev yaralanıblar. Onların hər ikisi Göyçay şəhər xəstəxanasına yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi