Modern.az

Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Hadisə

31 Dekabr 2022, 17:22

Cəlilabad rayonunda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində rayonun Adnalı kənd sakinləri 1988-ci il təvəllüdlü Z.Qürbətov, 1992-ci il təvəllüdlü C.Salmanlı, 2013-cü il təvəllüdlü G.Salmanlı, 2015-ci il təvəllüdlü R.Hümbətov və 2017-ci il təvəllüdlü Y. Hümbətov dəm qazından zəhərləniblər.

 

Onlar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb, ilkin tibbi yardımdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi