Modern.az

"Prius"da narkotik vasitə aşkarlandı 

Hadisə

27 May 2023, 21:52

Suraxanı DYPŞ -nın əməkdaşları “Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar.

 

Bakı şəhər BPİ DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli Modern.az-a bildirib ki, DYP əməkdaşları 99-UD-357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1974-cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayıblar. Müəyyən edilib ki, sürücü narkotik vasitələrin təsiri altında avtomobil idarə edir.

 

Avtomobildə olan 1974-cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib 1 kq 26 qr heroin aşkarlanıb.

 

Şübhəli şəxslərlə saxlanılaraq Suraxanı RPİ-yə təhvil verilib. Araşdırmalarla narkotik vasitələri təhvil alacaq şəxs də müəyyən olunaraq, saxlanılıb.

 

Araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır